Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində daxili yolların tikintisi üçün 13 milyon manata yaxın vəsait xərclənəcək.
"APA-Economics" xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı sentyabrın 16-da tender keçirib.
Hadrut qəsəbəsi və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi "İnşaatçı-Neftçi" MMC seçilib. Şirkətlə 12 milyon 933,4 min manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, "İnşaatçı-Neftçi" MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Faiq Zeynalov Səmid oğlu, nizamnamə kapitalı isə cəmi 10 manatdır.