Bank Of Baku

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb
# 10 dekabr 2021 16:25 (UTC +04:00)

Azərbaycanın daha 9 dövlət qurumu "Hökumət buludu"na ("G-cloud") inteqrasiya olunacaq.

"APA-Economics" xəbər verir ki, "Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "AzInTelecom" MMC ilə Dövlət Gömrük Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Neft Fondu, Bakı Nəqliyyat Agentliyi, Medianın İnkişafı Agentliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC və Dövlət İnformasiya Agentliyinin nümayəndələri ilə görüş təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na dair texniki, maliyyə və hüquqi aspektlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid planı üzrə növbəti silsilə görüşlərə start verilib.

Dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"na keçid məqsədilə 161 dövlət qurumları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR