Bank Of Baku

Hüseyn Hüseynov: Dayanıqlılıq hesabatlarını dərc edən şirkətlərin sayı artıb

Hüseyn Hüseynov: Dayanıqlılıq hesabatlarını dərc edən şirkətlərin sayı artıb
# 30 iyul 2024 11:22 (UTC +04:00)

Azərbaycanda 20-ə yaxın özəl şirkət dayanıqlılıq hesabatlarını dərc edir.

"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

"2016-cı ildə dayanıqlı inkişaf məqsədləri (DİM) təşəbbüsü qəbul olunanda BMT-nin inkişaf proqramı ilə bir maarifləndirmə aksiyasına başladıq və özəl sektoru da bura cəlb etdik. Həmin dövrdə Azərbaycanda cəmi iki şirkət tərəfindən dayanıqlılıq hesabatları dərc olunurdu", - deyə H.Hüseynov əlavə edib.

O, bildirib ki, bu hesabatlar şirkətlər üçün müxtəlif üstünlüklər yaradır:

"Bu, şirkətlərin həm daxili ətraf mühit, sosial və iqtisadi standartlarının da konkret GPA-larının müəyyən olunmasına imkan verir, eyni zamanda xarici investorların da bu şirkətlərlə əməkdaşlıq etməsi üçün bir platforma və məlumat mənbəyi yaranır. Biz BMT-nin Azərbaycan Nümayəndəliyi ilə birlikdə bu prosesə start verdik və təqribən 50-ə yaxın özəl sektor nümayəndələri üçün bu dayanılılıq hesabatlarının hazırlanması üçün təlimlər keçirtdik. Bu təlimlər müsbət nəticə verib. Bu gün dayanıqlılıq hesabatlarını dərc edən şirkətlərin sayı 20-ə yaxındır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR