Bank Of Baku

İranla Azərbaycan arasında dəmir yolu xətti ilə bağlı İşçi Qrup yaradılacaq

İranla Azərbaycan arasında dəmir yolu xətti ilə bağlı İşçi Qrup yaradılacaq
# 11 mart 2022 19:48 (UTC +04:00)

“Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə Memoranduma əsasən, 3 ay ərzində yaradılmış İşçi Qrupu dəmiryol xətti ilə bağlı da təkliflərini təqdim edəcək”.

APA xəbər ki, bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Şahin Mustafayev bildirib ki, bu anlaşma bölgədə yerləşən digər ölkələrə də böyük faydalar gətirəcək: “Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün tikintisi nəzərdə tutulur. Artıq müvafiq tapşırıqlar verilib. Azərbaycanın azad olunmuş ərazilərində də İran şirkətlərinin fəaliyyəti dəstəklənir. Elektrik enerjisinin istehsalına İran şirkətləri cəlb olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR