Bank Of Baku

İranla Azərbaycan arasında körpünün tikintisi 10 aya başa çatdırılacaq 

İranla Azərbaycan arasında körpünün tikintisi 10 aya başa çatdırılacaq 
# 11 mart 2022 20:06 (UTC +04:00)

İranla Azərbaycan arasında Astara çay üzərindən inşa olunacaq yeni avtomobil körpünün tikintisinin 10 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, bu barədə razılıq bu gün tərəflər arasında keçirilən görüş zamanı əldə olunub.

"Eyni zamanda yük dəmiryolu yük terminalının tikintisi üzrə də işlərin sürətləndirilməsi haqqında qərarlar qəbul edilib”, - Şahin Mustafayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR