Bank Of Baku

İranlı nazir Azərbaycan, İran və Rusiyanın avtomobil daşımaları üzrə İşçi qrup yaratmasının səbəbini açıqlayıb

Fərzanə Sadiq

© APA | Fərzanə Sadiq

# 14 oktyabr 2025 15:23 (UTC +04:00)

Bakıda keçirilən üçtərəfli görüşdə tranzit, gömrük və enerji sektorları üzrə müzakirələr aparılıb.

Bunu APA-nın İrana ezam olunmuş əməkdaşına İran yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.

Fərzanə Sadiq deyib ki, bu görüşün ən mühüm nəticəsi Azərbaycan, İran və Rusiyanın tranzit daşımaların həcminin artırılması ilə bağlı hədəf müəyyənləşdirməsidir: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün İşçi qrup yaradılıb. Rəşt-Astara dəmiryolunun Şimal-Cənub dəhlizinin birləşdirilməsi gündəmdədir”.

Gömrük prosedurlarınln sadələşdirilməsini zəruri sayan iranlı nazir qeyd edib ki, bununla bağlı Bakıda üçtərəfli və ikitərəfli formatda geniş müzakirələr aparılıb. Fərzanə Sadiqhər üç ölkənin yük daşıyıcılarının müxtəlif problemlərlə üzləşdiklərini nəzərə çatıdırb: “Azərbaycan, İran və Rusiyanın gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrup yaradılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR