“Facebook”un Azərbaycan üzrə istifadəçilərin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi 50,8% təşkil edib. “APA-Economics”in məlumatına görə, bu barədə “Internet World Stats”ın (IWS) 2021-ci ilin yekunlarında dair dərc etdiyi hesabatda bildirilir.
IWS-in məlumatına görə, son bir il ərzində “Facebook”un əhali arasında nüfuz dərəcəsi 9,9 faiz bəndi artıb.
10,284 milyondan çox əhalisi olan ölkədə, bu sosial şəbəkənin istifadəçilərinin sayı 5,230 milyon təşkil edib ki, bu da bir il öncəki göstəricidən 25% çoxdur.
“Facebook” sosial şəbəkəsinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə istifadəçi sayı belədir: Gürcüstan (3,222 mln.), Ermənistan (2,071 mln.), Qazaxıstan (11,825 mln.), Qırğızıstan (3,060 mln.), Tacikistan (1,136 mln), Türkmənistan (224 min) və Özbəkistan (4,702 mln.).
IWS: Azərbaycanda “Facebook” istifadəçilərinin sayı artıb
26 yanvar 2022 10:16 (UTC +04:00)
İnfrastruktur
Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası hazırlanacaq
14:47
1 may 2024
Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə ödəniş müəyyənləşib
14:39
1 may 2024
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub
10:23
1 may 2024
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır
18:17
30 aprel 2024