Paşha Bank
Bank Of Baku

Keçən il əsaslı təmir və tikinti işləri aparılmış təhsil müəssisələrinin sayı məlum olub

Keçən il əsaslı təmir və tikinti işləri aparılmış təhsil müəssisələrinin sayı məlum olub
# 15 mart 2024 11:28 (UTC +04:00)

2023-cü ildə təhsil sisteminin inkişafı üçün dövlət büdcəsində təhsil xərclərinə 4,4 mlrd. manat vəsait ayrılıb və artım 19,2% olub.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, 2023-cü ildə 186 təhsil müəssisəsində əsaslı təmir və tikinti işləri aparılıb: “Habelə ötən il Heydər Əliyev Fondu tərəfindən 17 ümumi təhsil müəssisəsi tikilib, 2-si əsaslı təmir olunub və 9-nun isə tikinti işləri davam etdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR