Bank Of Baku

Keşlə bazarının qarşısında yol hərəkəti məhdudlaşdırılır

Keşlə bazarının qarşısında yol hərəkəti məhdudlaşdırılır
# 10 fevral 2025 15:02 (UTC +04:00)

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur.

"APA-Economics" xəbər verir ki, tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

Məlumata görə, bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR