Bank Of Baku

Keşlə-Biləcəri sahəsində orta yaşlı şəxs qəfil qatarın qarşısına çıxıb

Keşlə-Biləcəri sahəsində orta yaşlı şəxs qəfil qatarın qarşısına çıxıb
# 21 avqust 2024 13:44 (UTC +04:00)

Bu gün (21 avqust tarixində( saat 12:40-da “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən orta yaşlı şəxs dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

“ADY bir daha insanları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, - məlumatda qeyd olunur.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, hadisə üzrə Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR