Bank Of Baku

Kriptofırıldaqçılar ötən il rekord 14 mlrd. dollar kriptovalyuta oğurlayıblar

Kriptofırıldaqçılar ötən il rekord 14 mlrd. dollar kriptovalyuta oğurlayıblar
# 07 yanvar 2022 09:35 (UTC +04:00)

Mərkəzləşdirilməmiş maliyyə platformalarının (DeFi) artması sayəsində kriptofırıldaqçılar 2021-ci ildə rekord məbləğdə 14 mlrd. ABŞ dollar kriptovalyuta mənimsəyiblər. “APA-Economics” CNBC-yə istinadən xəbər verir ki, bu barədə Amerikanın “Chainalysis” şirkətindən bir qrup analitikləri bəyan ediblər.
Analitiklərin fikrincə, rəqəmsal valyuta ilə bağlı cinayətlərdən itkilər 2020-ci illə müqayisədə ötən il 79% artıb. Eyni zamanda, kriptovalyuta sahəsində ən çox cinayətlər fırıldaqçılıq, ardınca oğurluq olub və onların əksəriyyəti blokçeyn layihələrinin sındırılması nəticəsində baş verib.
“Chainalysis”in statistikasına görə, DeFi əməliyyatlarının həcmi 2021-ci ildə 912% artıb. Eyni zamanda kriptovalyutanın oğurlanması 516% artaraq 3,2 mlrd. dollar təşkil edib. Bunun cəmindən oğurlanan vəsaitin 72%-i DeFi protokollarından götürülüb.
Böyümə səbəblərindən biri "mem" kriptovalyutalarının (Dogecoin, shiba inu) kəskin populyarlığı olub. DeFi mexanizmlərinə edilən bütün uğurlu kiberhücumların beşdə biri yeni kriptovalyutaların protokollarındakı boşluqlardan istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR