Bank Of Baku

Kür çayı üzərindəki körpüdə təmir-bərpa işləri aparılıb - FOTO

Kür çayı üzərindəki körpüdə təmir-bərpa işləri aparılıb - FOTO
# 28 fevral 2022 16:58 (UTC +04:00)

Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə təmir-bərpa işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı.

Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.

Təmir-bərpa işləri 20 gün ərzində icra edilərək yekunlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR