Bank Of Baku

Maliyyə Nazirliyi problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi üçün 350,8 mln. manatlıq ilk tranşı ayırıb

Maliyyə Nazirliyi problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi üçün 350,8 mln. manatlıq ilk tranşı ayırıb
# 22 aprel 2019 13:06 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyaların ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilib.

Maliyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq aprelin 19-da Maliyyə Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan kredit təşkilatlarının və bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına ilk tranş ayrılıb. Tranşın məbləği 350,8 milyon manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR