Bank Of Baku

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib
# 16 aprel 2019 17:41 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104004749 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən ONA-ya verilən məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90,9544 AZN (10,0000%) və 93,4100 AZN (7,0937%) olan 28 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,4768 AZN (8,1800%), orta ölçülmüş qiyməti 93,0444 AZN (7,5167%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 441 300 AZN, yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edib. 

İstiqrazların ödəmə tarixi 14 aprel 2020-ci ildir.

Hərrac iştirakçıları 17 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR