Bank Of Baku

Masallıda yol tikintisi üçün 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Masallıda yol tikintisi üçün 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM
# 16 aprel 2019 17:01 (UTC +04:00)

Prezident İlham Əliyev Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, 38 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR