Bank Of Baku

"Mercedes-Benz" Rusiyada 11 mindən çox avtomobili geri çağırır

"Mercedes-Benz" Rusiyada 11 mindən çox avtomobili geri çağırır
# 22 fevral 2022 16:58 (UTC +04:00)

"Mercedes-Benz"in Rusiya bölməsi olan "Mercedes-Benz RUS" ASC Rusiyada 11 673 avtomobili geri çağırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin ("Rosstandart") açıqlamasında deyilir.

Məlumata görə, kampaniya çərçivəsində 2018-ci ildən 2021-ci ilə qədər satılan "Mercedes-Benz CLS" (tip 257), "E-Class" (tip 213), GLC (tip 253), GLE (tip 167), GLS (tip 167), "S-Class" (tip 223) modelləri geri çağırılır. Buna səbəb vakuumla idarə olunan soyuducu nasosda soyuducu dövrə ilə vakuum dövrəsi arasında sızmanın ola bilməsidir.

"Mercedes-Benz" bölməsi geri çağırılan avtomobillərin sahiblərinə onları ən yaxın dilerə aparmaları üçün məlumat verəcəyini vəd edir. Bütün avtomobillərin soyuducu nasos proqram təminatı yenilənəcək və elektrik dəyişdirici klapan dəyişdiriləcək. Təmir pulsuz aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR