Bakı metrosunda qatarların hərəkətinin təşkilində əhəmiyyətli rol oynayan yarımstansiyalardan biri tam yenidən qurulub.
“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bu yarımstansiya “Gənclik-Qara Qarayev” sahəsi boyunca hərəkət edən qatarları dartı elektrik gücü ilə təmin edir.
Təmir müddətində Qırmızı xəttin qeyd edilən sahəsində qatarların fasiləsiz hərəkətini təmin etmək üçün bütün ehtiyat tədbirləri görülüb.