Bank Of Baku

Metronun “Bakmil” stansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir

Metronun “Bakmil” stansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir
# 29 noyabr 2024 15:16 (UTC +04:00)

Bakı metrosunun “Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin qırmızı və yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə də dəyişikliklər ediləcək.

İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.

Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR