Bank Of Baku

Metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında interval azaldılacaq

Anar Zamanov

© APA | Anar Zamanov

# 10 oktyabr 2025 15:07 (UTC +04:00)

Bakı metrosunda daha bir sahədə qatarların hərəkət intervalı azaldılacaq.

Bunu “APA-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinin rəisi Anar Zamanov deyib.

O qeyd edib ki, daha öncə metronun “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında pik saatlarda qatarların hərəkət intervalı azaldılıb:

“Amma sahənin monitorinqi aparılır və əlavə texniki imkanlar nəzərdən keçirilir. Oradakı intervalı daha da optimalıaşdırmaq üçün addımlar atmaq üzərində işlər gedir. Həmin sahədə pik saatlarda intervalı 10 dəqiqəyə endirmişik. Amma bunun daha aşağı endirilməsi üçün tədbirlər görürük”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR