Bank Of Baku

Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb

Metronun “Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldılıb
# 20 oktyabr 2025 17:21 (UTC +04:00)

Bakı metrosunun “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.

Bu barədə "APA-Economics"ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR