Bu ilin noyabr-dekabr aylarına qədər Bakı metrosuna gətiriləcək 7 qatarın hər biri xəttə buraxılacaq.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Bununla da demək olar ki, Bakı metrosunda Həzi Aslanov-Dərnəgül istiqamətində qatarların böyük əksəriyyəti yeni nəsil qatarlar olacaq”, - deyə o, əlavə edib.