Bank Of Baku

Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb

Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb
# 27 mart 2024 09:32 (UTC +04:00)

Bu gün saat 00:26 radələrində Mingəçevir ərazisində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, baş vermiş qəza nəticəsində sürücü vəfat edib.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR