Bu gün səhər Moskvanın üç hava limanında – Vnukovo, Domodedovo və Şeremetyevoda 200-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
Bu barədə "APA-Economics" "Yandex.Schedule" məlumatlarına istinadən xəbər verir.
Cümə axşamı Moskva vaxtı ilə saat 9:40-a olan məlumata görə, Vnukovoya 17 reys gecikib, 17-si ləğv edilib, Domodedovoya 8 reys gecikib, 96-sı ləğv edilib, Şeremetyevoya isə 16 reys gecikib, 51-i ləğv edilib.
Bundan əvvəl, 9:11-ə olan məlumata görə, uçuşların gecikmə və ya ləğv edilməsinin sayı 180-dən çox idi.
Xatırladaq ki, Rusiyanın cənubundakı 12 hava limanının (Rostov (Platov aeroportu), Krasnodar (Paşkovski), Anapa (Vityazevo), Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej və Simferopol) fəaliyyəti martın 2-dək dayandırılıb.