Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin eyni dövrünə nisbətən 1,8% artaraq 4,55 mln. manat olub.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 71,9%-i mobil rabitənin payına düşüb. Cari ilin ilk ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 1,5% üstələyərək 3,272 mln. manat təşkil edib.