Bank Of Baku

Nazir: Azərbaycan-İran əlaqələri sərmayə qoyuluşunda uğurla inkişaf edir

Nazir: Azərbaycan-İran əlaqələri sərmayə qoyuluşunda uğurla inkişaf edir
# 19 aprel 2019 16:04 (UTC +04:00)

Azərbaycan və İran arasındakı əlaqələr sərmayə qoyuluşunda uğurla inkişaf edir. ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir İran-Azərbaycan ticarət əlaqələrinin sürətli inkişaf dövrünü yaşadığını qeyd edərək bildirib ki, 2018-ci ildə ötən illə müqayisədə ticarət dövriyyəmiz 74% artıb. Bu ilin ilk iki ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 4 dəfədən çox artıb: “Bu gün aparılan müzakirələr, o cümlədən özəl sektorun iştirakı ilə keçirilən müzakirələr bu imkanların aşkar olunmasında gələcəkdə daha da yüksək nəticələrin əldə olunmasında böyük rol oynayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR