Nazir: İki milyondan çox ev təsərrüfatı, biznes subyekti yüksəksürətli internetlə əhatə edilib

Nazir: İki milyondan çox ev təsərrüfatı, biznes subyekti yüksəksürətli internetlə əhatə edilib
# 19 mart 2024 16:39 (UTC +04:00)

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə 2,077 min ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internet xidmətləri ilə əhatə edilib.

"APA-Economics" xəbər verir ki, bunun Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsində paylaşımında qeyd edib.

O bildirib ki, bununla da layihənin 71%-i icra olunub: "Nəticədə Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 37,3 Mbit/s təşkil edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR