Nazir müavini: Bakıda taksilərin sayı iki dəfə azalıb

Nazir müavini: Bakıda taksilərin sayı iki dəfə azalıb
# 19 iyul 2024 10:35 (UTC +04:00)

Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir.

"APA-Economics" xəbər verir ki, bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, əvvəl Bakıda təxminən 67-70 min taksi fəaliyyət göstərirdi.

“Yaradılmış elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 minə yaxın taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR