Bank Of Baku

Nazir Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul edəcək

Nazir Rəşad Nəbiyev Qubada vətəndaşları qəbul edəcək
# 26 iyul 2022 16:18 (UTC +04:00)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda 2022-ci ilin avqust ayında vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu 5 avqust 2022-ci il tarixində saat 10:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri Heydər Əliyev prospekti 1) keçiriləcək.

Nazir adı çəkilən bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 4 avqust 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR