Bank Of Baku

Nazir: Zəngəzur dəhlizinin açılması Aİ-Azərbaycan nəqliyyat əlaqələri gündəliyinə tam uyğun gəlir

Nazir: Zəngəzur dəhlizinin açılması Aİ-Azərbaycan nəqliyyat əlaqələri gündəliyinə tam uyğun gəlir
# 19 iyul 2022 18:58 (UTC +04:00)

Zəngəzur dəhlizinin açılması Avropa İttifaqı-Azərbaycan nəqliyyat əlaqələri gündəliyinə tam uyğun gəlir.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.

“Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 3 üçtərəfli bəyanat, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən ev sahibliyi edilmiş Azərbaycan və Ermənistan liderləri arasındakı yüksək səviyyəli görüşlər Azərbaycan və Ermənistan arasında normallaşmanın əsas istiqamətlərini müəyyənləşdirir . İstiqamətlərdən biri Zəngəzur dəhlizi də daxil olmaqla, nəqliyyat əlaqələrinin açılmasıdır. Bu, bizim Aİ ilə olan nəqliyyat əlaqəsi gündəliyimizə tam uyğun gəlir”, - XİN rəhbəri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR