Dayanıqlı infrastrukturun olması hökümət üçün vacibdi. Qarabağda yeni infsutruktur işlərini həyata keçiririk. İki beynəlxalq hava limanı tikilib təhvil verilib, 2 əsas dəmir yolu tikilir və daha çox avtomobil yolları isə tikilməkdədir.
"APA-Economics" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 2-ci günündə çıxışı zamanı deyib.
"Bakı Beynəlxalq Dəniz Limanı genişləndiriləcək. Nazirlik, Port və şirkətlərlə birlikdə hələlik texniki əsaslandırma üzərində işləyirik. Biz dəniz səviyyəsinin düşməsi fonunda infrasutrukturun imkanlarını araşdırırıq",- deyə müşavir qeyd edib.
O əlavə edib ki, özəl avtomobilərin istifadəsini 30-40% azaltmaq, ictimai nəqliyyatı isə 60-70 % artırmaq istəyirik.