Bank Of Baku

"Nikoil Bank"ın aktivləri azalıb

"Nikoil Bank"ın aktivləri azalıb
# 17 aprel 2019 10:40 (UTC +04:00)

"Nikoil Bank" bu ilin ilk rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə "Nikoil Bank"ın aktivləri 2018-ci ilin ilk rübü ilə müqayisədə 14% azalaraq 422,953 mln. manat təşkil edib. Bankın öhdəlikləri isə 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 8,9% azalaraq 353,874 mln. manat olub. Həmçinin, bankın depozit portfeli də azalıb. Belə ki, ötən ilin ilk rübü ilə müqayisədə bu il banka yatırılan depozitin həcmi 9% az olub.

Ötən ilin ilk rübünü 309 min manat zərər edən bank, bu il 3,026 mln. manat mənfəət əldə edib.

Hesabat dövründə bankın faiz gəlirləri 2018-ci ilin birinci rübü ilə müqayisədə 8% artaraq 17,986 mln. manat, faiz xərcləri 14% azalaraq 1,233 mln. manat, qeyri-faiz xərcləri isə 24,5% artaraq 5,577 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR