Bank Of Baku

"Oracle" Rusiyada fəaliyyətini dayandırıb

"Oracle" Rusiyada fəaliyyətini dayandırıb
# 03 mart 2022 13:27 (UTC +04:00)

ABŞ-ın "Oracle" korporasiyası dünya üzrə işləyən 150 min əməkdaşı adından Ukraynaya dəstək məqsədilə Rusiya Federasiyasındakı bütün əməliyyatlarını dayandırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkət "Twitter" hesabında yazıb.

"Oracle"ın cavabı Ukraynanın Baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorovun sosial media platforması vasitəsilə "Oracle" və SAP-dan dəstək istəməsindən bir neçə saat sonra gəlib.

Xatırladaq ki, "Oracle" təşkilatlar üçün ən böyük proqram təminatı istehsalçısı və server avadanlığının əsas təchizatçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR