Hal-hazırda kinoteatrlara böyük axın var. Səbəbi isə hamınıza məlumdur. İnsanlar bir ildən çoxdur karantin şəraitində yaşayır və öz sevdikləri ilə evdən kənarda daha az vaxt keçirir. İndi karantin şəraiti yumşaldılıb və uzun müddətdir ki, kinoteatrlar fəaliyyətdədir. Sadəcə bir əlavə var ki, artıq “Payonix” də “Park Cinema” ilə əməkdaşlığa başlayıb. Üstəlik böyük bir kampaniya ilə.
İndi keçək “Payonix”dən xəbəri olmayan insanlar üçün kiçik bir məlumatlandırmaya:
“Payonix” – rəqəmsal ödəniş platforması, bir növ elektron pul kisəsidir. Siz də çoxsaylı ödəniş kartlarından, mobil tətbiqlərindən və arzuolunmaz nağd pul təmasından qurtulmaq istəyirsinizsə, “Payonix” ilə bu mümkündür. Siz burada QR kodu skan edərək ödənişləri həyata keçirə bilə, eyni zamanda təhlükəsiz, asan, sürətli, müasir və təmassız ödənişlərdən faydalana bilərsiniz. Üstəlik burada siz istədiyiniz şəxsə komissiyasız pul köçürməsi edə bilərsiniz. Əlavə olaraq, kommunal, mobil və digər ödənişlərinizi istədiyiniz yerdən və istədiyiniz zaman etmə imkanınız da var.
“Payonix” haqqında əlavə olaraq onu deyə bilərik ki, siz bu mobil tətbiqdən istifadə edərək şəhərin bir çox yerində etdiyiniz ödənişlərə görə anında 90 %-dək endirimli kupon, 50 %-dək keşbek və müxtəlif hədiyyələr qazana bilərsiniz.
İndi bütün “Park Cinema”larda “Payonix” ilə ödəniş edərək, 21 % keşbek və endirimli kuponlar qazana bilərsiniz. “Park Cinema”da film izləmək daha əyləncəlidir, çünki “Payonix” sizə izlədikcə qazandıracaq.
Xoş izləmələr!