"PayPal" istifadəçiləri kriptovalyutalarını digər cüzdanlara yatızdıra biləcəklər

"PayPal" istifadəçiləri kriptovalyutalarını digər cüzdanlara yatızdıra biləcəklər
# 27 may 2021 12:50 (UTC +04:00)

"PayPal" beynəlxalq ödəniş sisteminin istifadəçiləri kriptovalyutalarını digər cüzdanlara yatızdıra biləcəklər.

"APA-Economics" "CoinDesk"ə istinadən xəbər verir ki, bu barədə "PayPal"ın vitse-prezidenti, blokçeyn və kriptovalyutalar üzrə baş direktoru Xose Fernandes da Ponte bildirib.

Onun sözlərinə görə, şirkət belə bir qərarı hazırlayır, lakin bu funksiyanın işə salınacağı tarix hələ açıqlanmır.

Qeyd edək ki, bundan öncə "PayPal"ın "Venmo" mobil ödəmə xidməti kriptovalyutaların alqı-satqısı və saxlanması imkanını əlavə edib. Bu, onun 70 mln. müştərisinə "Bitcoin", "Ethereum", "Litecoin" və "Bitcoin Cash"la əməliyyatlar aparmaq imkanını yaradıb.

Bu ilin martın 30-dan etibarən "PayPal" istifadəçiləri məhsul və xidmətlərin ödənişini kriptovalyuta ilə apara bilir. Yaxın aylarda xidmətin "PayPal" ilə işləyən bütün 29 mln. ticarət nöqtələrində əlçatan olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR