Bank Of Baku

"Pegasus" və "Air Astana" Rusiyaya uçuşları dayandırır

"Pegasus" və "Air Astana" Rusiyaya uçuşları dayandırır
# 11 mart 2022 10:19 (UTC +04:00)

Türkiyənin "Pegasus Airlines" şirkəti martın 13-dən 27-dək Rusiyaya bütün uçuşları dayandırıb.

"APA-Economics" aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, qərar sığorta, lizinq, Rusiya Federasiyasına/Rusiya Federasiyasından uçuşlarda istismar və texniki xidmət üzrə sanksiyalar kontekstində əməliyyat riskləri ilə bağlıdır.

Moskva, Sankt-Peterburq, Minvodı, Krasnodar, Qroznı və Mahaçqaladan olan sərnişinlərə biletləri ödənişsiz dəyişmək və ya pullarını geri almaq təklif olunacaq.

Bundan başqa, Qazaxıstanın "Air Astana" aviaşirkəti də Rusiya Federasiyasına/Rusiya Federasiyasından və onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar bu istiqamətdə bütün uçuşları ləğv edəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR