Bank Of Baku

Qazaxıstan neft hasilatını artırıb

Qazaxıstan neft hasilatını artırıb
# 15 aprel 2019 12:46 (UTC +04:00)

Qazaxıstan 2019-cu ilin birinci rübündə 19,83 mln. ton neft hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur. Bu barədə ONA Qazaxıstan Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin yanvar-mart aylarında Qazaxıstanda 3,8 mln. ton qaz kondensatı hasil edilib, bu da 2018-ci ilin ilk üç ayı ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə qaz hasilatı isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 4% artaraq 14,64 mlrd. kubmetrə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR