Qobustan rayonunda 89% genişzolaqlı internetə çıxış imkanı təmin edilib

Qobustan rayonunda 89% genişzolaqlı internetə çıxış imkanı təmin edilib
# 02 aprel 2024 12:15 (UTC +04:00)

“Aztelekom” MMC Qobustan rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 89%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Bu barədə “APA-Economics”ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Qobustan şəhər mərkəzi, Qobustan rayonunun Dərəkənd, Cəyirli, Çelov, Qurbançı, Ərəbşahverdi, Bədəlli, Üzümçü, Sədəfli, Cəmcəmli, Yekəxana, Təsi, Poladlı, Təklə, Təklə-Mirzəbaba, Çuxanlı, Nabur və Bəklə kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Qobustan rayonu ərazisində 7355 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib.

Hazırda Qobustan şəhərində 1815 təsərrüfatdan 1783 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq, 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR