Bank Of Baku

Rusiya COVID-ə görə Azərbaycana uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb

Rusiya COVID-ə görə Azərbaycana uçuşlara tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb
# 11 mart 2022 11:24 (UTC +04:00)

Rusiya COVID-19-la əlaqədar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana müntəzəm və müntəzəm reyslərə tətbiq etdiyi məhdudiyyətləri qarşılıqlı əsaslarla aradan qaldırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Rosaviasiya"nın açıqlamasında deyilir.

"Rusiya Federasiyası hökumətinin qərarına əsasən, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana qeyri-müntəzəm və müntəzəm uçuşlara COVID-19-un yayılması səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırılır", - məlumatda bildirilir.

Bundan əvvəl Belarus, Dominikan Respublikası, Misir (Qahirə istisna olmaqla), Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Cənubi Koreya və Kubaya uçuşlar üçün tətbiq edilən COVID-19 məhdudiyyətləri də tam aradan qaldırılıb.

Bu ölkələrə uçuşlar indi yalnız hava nəqliyyatı haqqında hökumətlərarası sazişlərin müddəaları və ölkələrin aviasiya orqanları arasında ayrı-ayrı sazişlər ilə məhdudlaşdırılır.

Müntəzəm və qeyri-müntəzəm uçuşları yerinə yetirərkən aviaşirkətlər Rusiya Federasiyasının Baş Dövlət Sanitariya Həkiminin "COVID-19-un yayılmasının qarşısının alınması üçün izolyasiyanın təmin edilməsi haqqında" Fərmanının müddəalarına əməl etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR