Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsində ciddi şəkildə maraqlıdır.
APA-nı Tehran bürosunun məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazim Cəlali İRNA-ya açıqlamasında deyib.
O bildirib ki, Rusiya tərəfi bu dəhlizin tez bir zamanda təkmilləşməsini istəyir: "Dəhlizdə çatışmayan hissə Rəşt-Astara dəmir yolu xəttidir. Bu dəmir yolunun uzunluğu 164 kilometrdir. Dəfələrlə rəsmilərlə görüşdə təkid olunub ki, bu dəmir yolunun təkmilləşməsi vacibdir. Bu dəmir yolunun təkmilləşməsi İran üçün çox zəruri və həyati əhəmiyyət kəsb edir".
K.Cəlali qeyd edib ki, Rəşt-Astara dəmir yolu xəttinin təkmilləşməsi ilə İran, Azərbaycan və Rusiya arasında iqtisadi sahədə əməkdaşlıqda sıçrayış baş verəcək.