Bank Of Baku

Rusiyadan Hindistana yola düşən ilk tranzit yük qatarı İrana çatıb

Rusiyadan Hindistana yola düşən ilk tranzit yük qatarı İrana çatıb
# 14 iyul 2022 14:52 (UTC +04:00)

Rusiyadan Hindistana yola düşən 39 konteynerli ilk tranzit yük qatarı Sərəxs sərhəd keçid məntəqəsindən İrana çatıb.

APA-Economics” “Tehran Times”a istinadən xəbər verir ki, Hindistana gedən Rusiya yükü iyulun 6-da Çexov stansiyasından ayrıldıqdan sonra İrana çatmaq üçün Qazaxıstan və Türkmənistandan keçərək 3800 kilometr yol qət edib.

Bununla da, Şimal-Cənub dəmir yolu dəhlizinin şərq hissəsinin rəsmi açılışı baş tutmuş olub.

Yük 1600 km-lik dəmir yolu marşrutu ilə İranın cənubundakı Bəndər-Abbas limanına göndərildikdən sonra dəniz yolu ilə Hindistanın Nhava-Şeva limanına çatdırılacaq. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutun üç hissəsindən ibarətdir: Şərq, Qərb və Orta.

İran və Rusiya Rusiyadan Hindistana tranzit marşrutunu qısaltmaq üçün Xəzər dənizindən istifadə etmək üçün dəniz sektorunda da əməkdaşlıq edirlər.

Ticarət marşrutunun uzunluğu 7200 km-dir və bu marşrutla yük daşımaları avtomobil, dəniz və dəmir yollarının çoxrejimli şəbəkəsi vasitəsilə həyata keçirilir. Bu marşrut İran və Azərbaycan vasitəsilə Hindistan və Rusiyanı birləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR