Bank Of Baku

Rusiyanın cənubunda 12 aeroportun fəaliyyəti dayandırılıb - VİDEO

Rusiyanın cənubunda 12 aeroportun fəaliyyəti dayandırılıb - VİDEO
# 24 fevral 2022 10:58 (UTC +04:00)

Rusiyanın cənubundakı 12 hava limanının fəaliyyəti martın 2-dək dayandırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) açıqlamasında deyilir.

"Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar 24 fevral 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-dən etibarən Rusiyanın cənubundakı bir sıra hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyət 2 mart 2022-ci il tarixi, Moskva vaxtı ilə saat 03:45-dək qüvvədədir", - tənzimləyicinin bəyanatında deyilir.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış hava limanları sırasında Rostov (Platov aeroportu), ​​Krasnodar (Paşkovski), Anapa (Vityazevo), Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej və Simferopol aeroportları yer alıb.

"Rusiya aviasiyasının rəhbərliyi sərnişinlərə və onları qarşılayanlara hava limanlarına gəlməyi qəti şəkildə tövsiyə etmir. Hava limanlarının və aviaşirkətlərin cədvəlindəki bütün dəyişikliklər aeroportların və aviaşirkətlərin rəsmi saytlarında, o cümlədən sosial şəbəkələrdə dəqiqləşdirilməlidir", - Rosaviasiyanın məlumatında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR