Bank Of Baku

Rusiyanın daha iki şəhərindən Bakıya müntəzəm uçuşlar həyata keçiriləcək

Rusiyanın daha iki şəhərindən Bakıya müntəzəm uçuşlar həyata keçiriləcək
# 14 dekabr 2021 16:24 (UTC +04:00)

Rusiyanın "Ural Airlines" aviaşirkəti Jukovsk və İrkutsk şəhərlərindən Bakıya müntəzəm uçuşlar yerinə yuetirəcək.

"APA-Economics" aviadaşıyıcının yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar Jukovsk hava limanından 18 dekabrdan etibarən həftədə iki dəfə (cümə axşamı və şənbə günləri) həyata keçirəcək. Uçuşlar yerli vaxtla Jukovskdan saat 13:00-da, Bakıdan isə saat 18:10-da yerinə yetiriləcək.

İrkutsk hava limanından isə 26 dekabrdan etibarən Bakıya aviareys həftədə bir dəfə (bazar günləri) həyata keçirəcək. Uçuşlar yerli vaxtla İrkutskdan saat 06:00-da, Bakıdan isə saat 09:25-də yerinə yetiriləcək.

Xatırladaq ki, aviadaşıyıcı həmçinin, 1 yanvar 2022-ci il tarixindən Kaluqa hava limanından da Bakıya həftədə bir dəfə olmaqla (şənbə günləri) müntəzəm uçuşlar həyata keçirəcək. Uçuşlar yerli vaxtla Kaluqadan saat 09:25-də, Bakıdan isə saat 14:30-da olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR