Bank Of Baku

Rusiyanın iki aviaşirkəti Bakıya reyslərin yerinə yetirilməsinə icazə alıb

Rusiyanın iki aviaşirkəti Bakıya reyslərin yerinə yetirilməsinə icazə alıb
# 20 dekabr 2021 14:20 (UTC +04:00)

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "Azur Air" və "Nordwind Airlines" şirkətlərinə Rusiyanın beş şəhərindən Azərbaycana reyslərin yetirilməsinə icazə verib.

"APA-Economics"in "Rosaviasiya"ya istinadən verdiyi məlumata görə, "Azur Air" şirkəti Samara, Rostov, Krasnodar və Kazandan həftədə iki dəfə Bakıya reyslərin yerinə yetirilməsinə icazə alıb.

"Nordwind Airlines"a isə Soçi-Bakı istiqamətində həftədə 7 dəfə reyslərin yerinə yetirilməsinə icazə verilib.

Xatırladaq ki, "Rosaviasiya" tərəfindən icazələrin verilməsi barədə qərar sərəncamda göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil. İcazənin olması aviareyslərin bərpası və ya açılmasından sonra aviaşirkətin müəyyən marşrut üzrə uşuların yerinə yetirməsi hüququdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR