Bank Of Baku

Sabah Nizami küçəsində təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sabah Nizami küçəsində təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
# 31 avqust 2024 17:28 (UTC +04:00)

1 sentyabr saat 06:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaqdır.

APA xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR