Bank Of Baku

Səfər Mehdiyev: "Bu ilin 3 ayında 16 narkoqrup barəsində istintaq tədbirləri aparılıb"

Səfər Mehdiyev: "Bu ilin 3 ayında 16 narkoqrup barəsində istintaq tədbirləri aparılıb"
# 15 aprel 2019 10:07 (UTC +04:00)

"Azərbaycan gömrük orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, DGK tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır.

S. Mehdiyev qeyd edib ki, 2018-ci ildə 24 narkoqrup aşkar edilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb: "Görülən tədbirlər nəticəsində 2019-cu ilin 3 ayında 16 narkoqrup barəsində istintaq tədbirləri aparılıb, 520 kq narkotik maddə dövriyyədən çıxarılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR