Səfir: Aİ Azərbaycanda su ehtiyatlarının səmərəli idarə edilməsinə kömək etməyə davam edəcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko

© APA | Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko

# 18 sentyabr 2024 12:24 (UTC +04:00)

"Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq çərçivəsi çox genişdir. Bu insan kapitalının inkişaf etdirilməsindən su ehtiyatlarının səmərəli idarəedilməsinə kimi bir sıra məsələləri əhatə edir".

APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.

O bildirib ki, "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" hesabatı Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) Aİ tərəfindən maliyyələşdirilib: "Avropa İttifaqı bu təşəbbüsləri dəstəkləməkdən qürur duyur".

Mixalko əlavə edib ki, Aİ Azərbaycanda su ehtiyatlarının səmərəli idarə edilməsinə kömək etməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR