Bank Of Baku

Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti Azərbaycan bazarını nəzərdən keçirir

Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti Azərbaycan bazarını nəzərdən keçirir
# 01 may 2019 15:10 (UTC +04:00)

Səudiyyə Ərəbistanının "Flynas" loukosteri Azərbaycan bazarını nəzərdən keçirir. ONA-nın məlumatına görə, bunu "Bloomberg"ə müsahibəsində "Flynas"ın baş direktoru Bəndər Əl-Mohanna bildirib.

"Ötən il biz Səudiyyə Ərəbistanının digər aviaşirkətinin istifadə etmədiyi bazarları – Gürcüstan, Azərbaycan və Vyananı araşdırmağa başlamışıq", - deyə Əl-Mohanna qeyd edib.

O, həmçinin vurğulayıb ki, "Flynas" gələcək 5 il ərzində fəaliyyətini Qərbi Afrika və Balkanlara qədər genişləndirmək niyyətindədir. 

Onun sözlərinə görə, "Flynas" daxili bazarda payı 20% təşkil edir və növbəti 5 ildə sərnişinlərinin sayını ən azı 6% artırmağı plnlaşdırır.

Qeyd edək ki, bu ildən etibarən AZAL Səudiyyə Ərəbistanına 6 istiqamətdə uçuşlar həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR