"Singapore Airlines" şirkəti Sinqapurdan Moskvaya uçuşları müvəqqəti dayandırır.
"APA-Economics" xəbər verir ki, bu barədə hava daşıyıcısının yaydığı məlumatda deyilir.
"Texniki səbəblərə görə, Sinqapur və Moskva arasında uçuşlar (SQ362 və SQ361) fevralın 28-dən etibarən dayandırılacaq", - məlumatda deyilir.
Şirkət sözügedən marşrut üzrə həftədə üç dəfə uçuşlar həyata keçirirdi.
Bundan başqa, Sinqapur hökuməti bəzi Rusiya banklarının maliyyə əməliyyatlarına qadağa qoyub. Bu barədə bazar ertəsi parlamentdə xarici işlər naziri Vivian Balakrişnan bildirib.