Bank Of Baku

Şirvan kanalının Göyçaydan keçən hissəsi tam bərpa edilib

Şirvan kanalının Göyçaydan keçən hissəsi tam bərpa edilib
# 12 dekabr 2024 10:10 (UTC +04:00)

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa edilib.

Bu barədə “APA-Economics” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Qeyd edilib ki, Lək kəndi ərazisində torpaq qatının yarılması ilə bağlı problem tam aradan qaldırılıb. Suvarma kanalında təmir-bərpa işləri canlı qüvvə və ağır texnika vasitəsilə həyata keçirilib, təhlükəsizlik tədbirləri görülüb.

Bildirilib ki, kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsat yaratmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR