Bank Of Baku

Smart-kart tipli qaz sayğaclarında ən çox yaranan problemlər açıqlanıb

Smart-kart tipli qaz sayğaclarında ən çox yaranan problemlər açıqlanıb
# 25 fevral 2022 12:00 (UTC +04:00)

Ötən il "Azəriqaz" İstehsalat Birliyinə smart-kart tipli sayğaclardan yaranan problemlərlə bağlı təqribən 150 min müraciət olunub.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müraciətlər kartın bloka düşməsi, itirilməsi və kartlarda yaranan digər problemlərlə bağlı olub.

"Smart-kart tipli sayğaclarda bu tip problemlər yarana bilir, lakin sonradan ödənişli, mexaniki dediyimiz sayğaclarda bu kimi problemlər olmur", - E. Vəliyev qeyd edib.

O əlavə edib ki, bu iki tip sayğacın yazma və işlək mexanizmi eynidir, fərqləri yalnız ondadır ki, birinci halda ödənişi öncədən, digər halda isə sonradan etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR